Elmi və akademik fəaliyyət
Klinik işlə yanaşı elmi araşdırma, tədris və peşəkar cəmiyyət fəaliyyəti aparıram. Aşağıda təhsil, işçi qrup fəaliyyəti və iştirak etdiyim elmi tədbirlər verilib.
Akademik təhsil və tədris
2022-ci ildən Azərbaycan Tibb Universitetinin doktorantura pilləsində təhsilimi davam etdirirəm.
2024-cü ildən həmin universitetin III Daxili xəstəliklər kafedrasıında müəllim kimi çalışıram. Tələbələrə kardiologiya üzrə nəzəri və praktik dərslər aparıram; dərslərin əsasını real klinik hadisələr və klinik düşüncə təşkil edir.
2023-cü ildən Londonda ürək çatışmazlığı üzrə diplomdansonrakı təhsil proqramında (Heart Failure School) təhsilimi davam etdirirəm.
Peşəkar cəmiyyətlər
- Azərbaycan Kardiologiya Cəmiyyəti — Pulmonar Vaskulyar Xəstəliklər işçi qrupuna rəhbərlik etmişəm
- Azərbaycan Kardiologiya Cəmiyyəti — İnvaziv Kardiologiya işçi qrupu üzvü
- Avropa Kardiologiya Cəmiyyəti üzvü
İşçi qrup fəaliyyəti çərçivəsində hazırladığım metodik yazı — “Aorta osteal darlıqlara perkutan müdaxilə”.
İşçi qrup fəaliyyəti
Pulmonar vaskulyar xəstəliklər
Azərbaycan Kardiologiya Cəmiyyətinin Pulmonar Vaskulyar Xəstəliklər işçi qrupuna rəhbərlik etmişəm.
Pulmonar hipertenziya nədir?
Ürəyin sağ tərəfindən ağciyərlərə qan aparan damarlarda təzyiqin yüksəlməsi. Bu, adi qan təzyiqindən fərqli bir vəziyyətdir və qoldan ölçülən təzyiqlə aşkarlanmır.
Ən çox rast gəlinən əlamətlər: getdikcə artan təngnəfəslik, yorğunluq, fiziki yükə dözümün azalması, bəzən huşitirmə hissi və ayaqlarda şişkinlik. Bu əlamətlər başqa bir çox vəziyyətdə də olduğu üçün diaqnoz çox vaxt gecikir.
Necə aşkarlanır
İlkin qiymətləndirmədə ürəyin ultrasəs müayinəsi (exokardioqrafiya) istifadə olunur — o, ağciyər arteriyasındakı təzyiq barədə dolayı məlumat verir. Şübhə güclü olarsa, diaqnoz mərkəzləşdirilmiş şəraitdə, xüsusi müayinələrlə dəqiqləşdirilir.
Bu istiqamətdə elmi iş
İşçi qrup fəaliyyəti dövründə aparılan araşdırmalardan biri pulmonar hipertenziyalı xəstələrdə ürək ritmi dəyişkənliyinin proqnostik əhəmiyyətinə həsr olunub və 2023-cü ildə Turk Kardiyol Dern Ars jurnalında dərc olunub.
PubMed 37861265 DOI 10.5543/tkda.2023.27078
Bu bölmə elmi və təşkilati fəaliyyəti təsvir edir. Pulmonar hipertenziyanın müalicəsi yüksək ixtisaslaşmış sahədir və burada klinik xidmət təklifi kimi təqdim edilmir.
Elmi tədbirlər
Konqres və konfranslar
Avropa Kardiologiya Cəmiyyətinin tədbirlərində, interventional kardiologiya üzrə beynəlxalq konqreslərdə və ölkədaxili elmi-praktik konfranslarda iştirak edirəm.
Nəşrlər
13 elmi iş
Doqquz jurnal məqaləsi, bir metodik yazı və üç konfrans təqdimatı. Məqalələrdən üçü PubMed bazasında indekslənib, ikisində birinci müəllifəm. Hər nəşrin DOI və ya PubMed nömrəsi göstərilib ki, yoxlana bilsin.